Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “12 avqust -Beynəlxalq Gənclər Günü” münasibətilə "Nəsillərin debatı" devizi altında ahıllar və gənclər arasında dama, şahmat və nərd turniri keçirildi

11 avqust 2023 | 15:28
11.08.2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsində Böyük Vətən Müharibəsində həlak olmuş Bilgəh sakinlərinin şərəfinə ucaldılmış Abidə kompleksində Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayon gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “12 avqust - Beynəlxalq Gənclər Günü”  münasibətilə "Nəsillərin debatı" devizi altında ahıllar və gənclər arasında dama, şahmat və nərd turniri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayon gənclər və idman sektorunun müdiri Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Əsədov, rayonun ahil sakinləri və fəal gəncləri iştirak edirdilər.
Turnirin sonunda qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayon gənclər və idman sektoru tərəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olundular.
Keçidlər