Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirildi.

12 iyul 2024 | 15:24
12.07.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda Sabunçu Gənclər Evində konfrans keçirildi.
İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyev və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açdı. Qeyd olundu ki, 14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gündür. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür. Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.
Daha sonra çıxış edən Bilgəh Sağlamlıq Mərkəzinin baş həkimi Çingiz İbadullayev, əməkdar müəllim Gülnaz Abdullayeva bildirdilər ki ki, Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan yeni inkişaf mərhələsində qədəm qoydu və bütün sahələrdə böyük nəaliyyətlər əldə etdi. Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə baxmayaraq Ümummilli lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdu.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edildi.
Keçidlər