Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “15 iiyun-Milli Qurtuluş Günü” münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi

12 iyun 2023 | 16:47
   12.06.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon təşkilatının sədri Araz Xudadanov, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev, ərazi partiya təşkilatının sədrləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu öndər Heydər Əliyevdir. Hakimiyyət böhranının 1993-cü ilin iyununda kulminasiya nöqtəsinə çatdığından söz açan Araz Xudadanov bildirdi ki, Ulu Öndər Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi.
   Daha sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. Qeyd olundu ki, Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir. Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirdi.
  Çıxış edən  YAP Veteranlar Şurasının üzvü, millət vəkili Tahir Rzayev 1991-1993-cü illəri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlandığını vurğulayaraq Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
  Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyev ideyalarının Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynadığını diqqətə çatdırdı. Qeyd olundu ki, qurtuluşdan inkişafa gedən yol bugün ölkə prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Sonda xatirə fotosu çəkdirildi.
Keçidlər