Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “15 İyun – Milli Qurtuluş Günü” qeyd olundu.

15 iyun 2023 | 17:05
15.06.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, QHT-lərin üzvləri, rayonun idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək "Milli Qurtuluş Günü" münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. A.Vəliyev bildirdi ki, Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. A.Vəliyev məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamızın düçar olduğu bəlalardan qurtulduğunu, uğurlu gələcəyin təməlinin qoyulduğunu və Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırdı.
Sonra Sabunçu rayonu, 215 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev, 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə aparılan çoxşaxəli  işlər  və islahatlardan söz açdılar.
Keçidlər