Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "15 may - Beynəlxalq Ailə Günü” ilə əlaqədar “Mənim mehriban ailəm” mövzusunda keçirilən foto müsabiqə iştirakçıları ilə görüş keçirildi

15 may 2024 | 14:56
"15 may-Beynəlxalq Ailə Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon bələdiyyələrinin təşkilatçılığı ilə “Mənim mehriban ailəm” mövzusunda foto müsabiqə keçirildi. Müsabiqənin şərtlərinə əsasən, rayon sakinləri ailə üzvləri ilə birgə çəkilmiş fotolarını təqdim edərək Sabunçu Rayon İcra Hakimiyyətinin Facebook sosial şəbəkə hesabında keçirilən foto müsabiqəyə qatılmışlar. Nəticədə, fotolar arasından ən çox bəyənmə (like) toplayan Sadıqovlar ailəsi birinci, Həsənovlar ailəsi ikinci və Novruzovlar ailəsi üçüncü yeri qazanmışdır.
15.05.2024-cü il tarixdə iştirakçıların yaşadıqları yer üzrə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov, Sabunçu və Maştağa qəsəbəsi inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, kənd ağsaqqalları və axundların iştirakı ilə ailələrə səfər təşkil edilmiş və "15 may-Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən foto müsabiqədə fəal iştirak etdikləri üçün hər bir ailəyə hədiyyələr təqdim edilmişdir.
Keçidlər