Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 170 nömrəli tam orta məktəbdə "Tarixi Zəfərimiz" adlı konfrans təşkil edildi

02 dekabr 2022 | 17:28
02.12.2022- ci il tarixdə 170 nömrəli tam orta məktəbdə "Tarixi Zəfərimiz" adlı konfrans təşkil edildi. Konfransın məqsədi: Gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsi, şanlı zəfərimizin tarixinin dərindən öyrədilməsi və sagirdlərin layiqli vətəndaş kimi yetişməsində Zəfər tarixinin rolunu aşılamaq.
Konfransda Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin mudiri Ədalət Teymurov, Zəfər tarixi dərsliyinin həmmüəllifləri Talıb Talıblı, Ramil Tanrıverdi, 107 nömrəli tam orta məktəbin dirəktor əvəzi Səidə Əhmədova, 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva, 155 nömrəli məktəbin direktoru Ruhiyyə İbrahimova, 215 nomrəli məktəbin direktoru Cavad Mustafayev və həmin məktəblərin 9-cu sinif şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Ülviyyə Aslanova giriş sözü ilə konfransı açıq elan edərək konfrans haqqında məlumat verdi. İki hissədən ibarət olan konfransın birinci hissəsi Niyaməddin Quliyevin dərslik və Şanlı zəfərimiz barədə geniş çıxışı oldu. Mərhələnin sonunda şagirdlər məsələyə münasibət bildirərək bir sıra təkliflər səsləndirdilər. Şagirdlərin maraqlı təklifləri dinlənildi, müzakirələr aparıldı. Dərsliyin müəllifləri şagirdləri maraqlandıran sualları cavablandırdi. Konfransın ikinci hissəsində konfrans iştirakçıları şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini qeyd edib, Zəfər tarixinin məktəblərdə tədrisinin keyfiyyətinin daha da artırılmasını tövsiyyə etdilər. İkinci hissə sagirdlərimizin və müəllimlərimizin hazirladiqları vətənpərvərlik mövzusunda musiqili proqramla sonlandı.
Keçidlər