Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar” faciəsində şəhid olanların əziz xatirəsi dərin ehtiramla yad edildi

20 yanvar 2024 | 15:17
   20.01.2024-cü il tarixdə “20 Yanvar” faciəsinin 34-cü ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları,  Rayon İcra Hakimiyyətinin başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin digər üzvlərinin iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edildi, ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.
  Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsi zamanı şəhid və əlil olanların ailələri humanitar yardımla təmin edildi.
Keçidlər