Sabunçu rayonunda “20 Yanvar” faciəsində şəhid olanların əziz xatirəsi ehtiramla yad edildi
20 yanvar 2026 | 16:22
20.01.2026-cı il tarixdə “20 Yanvar” faciəsinin 36-cı ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyətinin başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edildi, ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.














