Sabunçu rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar toplantı keçirildi
21 yanvar 2025 | 13:02
20.01.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar toplantı keçirildi.
Toplantıda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirdi. Qeyd olundu ki, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar hadisələrinin xalqımızın tarixində həm qanlı bir gün, həm də şərəfli, qürur duyulacaq bir tarix olduğunu vurğulayan A.Vəliyev Ulu Öndər Heydər Əliyevin o dövrdə baş verən hadisələrə verdiyi siyasi qiymət və cəsarətli çıxışlarından söz açdı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində şanlı zəfərə imza atdığını, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu vurğuladı və bugün Azərbaycanın dünya ölkələri arasında həm siyasi, həm iqtisadi, həm hərbi sahələrdə yüksək nüfuza malik olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Ulu öndərin siyasi irsinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq həyata keçirilən tədbirlər, onlara göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir.