Sabunçu rayonunda 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib
25 noyabr 2024 | 22:26
25.11.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə vəziyyətin yoxlanılması və qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki, məhəllədaxili ərazi və yolların qardan vaxtında təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması haqqında müşavirə keçirilib.
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Həsənli, Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Sabunçu rayonunun təsərrüfat xidmətlərinin rəisləri, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü, eyni zamanda rayon ərazisində yolların qardan vaxtında təmizlənməsi məqsədilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını, lazımı səviyyədə duz ehtiyatının olduğunu bildirdi. Bununla yanaşı cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki, eləcə də növbətçilik cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Abbas Zeynalov 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 2024-cü il tarixli 225 nömrəli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən müvafiq xidmət sahələri tərəfindən qış mövsümünə hazırlıqla bağlı rayon Qərargahına təqdim olunmuş məlumatları diqqətə çatdırıb.

Daha sonra Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2024-2025-ci illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Müşavirənin sonunda qış mövsümünə hazırlığın qiymətləndirilməsi və görüləcək işlər barədə müzakirələr aparılıb.