Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə təntənəli tədbir keçirildi

23 aprel 2025 | 15:56
23.04.2025-ci il tarixdə Türkiyənin “23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Gənclər Mərkəzi və Antalya Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakı Gənclər Mərkəzində təntənəli tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Gənclər Mərkəzinin və Antalya Gənclik Xidmətlərinin nümayəndələri, eləcə də Antalya Gənclər Evlərinin əməkdaşları, gənc liderlər və yeniyetmələr iştirak edirdilər.
Tədbir Ümummilli Liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının, həmçinin Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başladı .
Rəsmi hissədə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Antalya Gənclik Xidmətləri müdiri Mehmet Ünlü açılış nitqləri ilə çıxış edərək tədbirin əhəmiyyəti, qardaş ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında bu cür layihələrin rolu haqqında fikirlərini bölüşdülər.
Tədbirin bədii hissəsi “İki bayraq, bir ruh” adlı rəsm sərgisinin qaliblərinin təltif olunması ilə davam etdi.
Tədbirin bədii hissəsində iştirakçılar hər iki ölkənin xalq rəqsləri, şeirləri, mahnıları və s. nümunələri ilə milli mədəniyyətlərini təqdim etdilər.
Tədbir Azərbaycan–Türkiyə dostluğunu tərənnüm edən musiqi nömrəsi ilə yekunlaşdı.
 
Keçidlər