Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olundu

23 iyun 2022 | 17:56
   23.06.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar tədbir keçirildi. 
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və digərləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli liderin xidmətlərini vurğulayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
   Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara öz səmərəli fəaliyyətlərində uğurlar arzuladı.
   Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları arasında keçirilmiş stolüstü idman yarışlarında qalib gələn şəxslərə diplom və mükafatlar təqdim olundu.
Keçidlər