Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olundu
23 iyun 2023 | 15:34
23.06.2023-cü il tarixdə “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar Bakı Gənclər Mərkəzində tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli liderin xidmətlərini vurğuladı və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara öz fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir sıra şəxslərə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olundu. Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.