Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olundu
23 iyun 2026 | 15:10
23.06.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar tədbir keçirildi.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və digərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli liderin xidmətlərini vurğulayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Tədbirin sonunda dövlət qulluqçularına peşə fəaliyyətində əldə etdikləri uğurlar, səmərəli fəaliyyətləri, dövlət qulluğu sahəsində göstərdikləri yüksək peşəkarlıq və xidmət vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiklərinə görə bir sıra dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olundu.














