Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə  Günü” ilə əlaqədar tədbir keçirildi

24 iyun 2026 | 17:48
“26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 24.06.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Vasif Quliyev, Respublika Psixiatriya Xəstəxanasının psixoloqu Çinarə İsgəndərli, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Əliağa Kərimov, həmçinin təhsil müəssisəsinin müəllim və tələbələri iştirak etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verdilər.
Çıxışlar zamanı bildirildi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya müasir dövrdə cəmiyyət üçün ciddi təhlükələrdən biri hesab olunur. Qeyd edildi ki, bu problem insanların sağlamlığına, cəmiyyətin sosial rifahına və milli genofonda ciddi mənfi təsir göstərməklə yanaşı, müxtəlif cinayətlərin törədilməsinə şərait yaradır və terrorizmin maliyyələşdirilməsində mühüm amillərdən biri kimi çıxış edir.
Eyni zamanda vurğulandı ki, narkomaniya bəşəriyyətin ən ağrılı problemlərindən biri olmaqla, xalq və dövlət üçün ciddi təhlükə mənbəyinə çevrilib. Çıxışlarda gənclərin zərərli vərdişlərdən uzaq tutulması, sağlam həyat tərzinin təşviq olunması, cəmiyyətin maarifləndirilməsi və narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırıldı.
Keçidlər