Sabunçu rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar tədbir keçirildi
26 sentyabr 2022 | 15:30
24.09.2022-ci il tarixdə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “27 sentyabr - Anım Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Türk Sanat Akademiyasının gənclərinin təqdimatında “Xeyir Xəbər” adlı tamaşa və gənc rəssamların rəsmlərindən ibarət sərgi nümayiş etdirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Sabunçu rayon təşkilatının nümayəndələri, millət vəkilləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Türk Sənət Akademiyasının rəhbəri Erhan Ufak çıxış edərək Azərbaycan gəncinin vətənə sevgisindən, Vətən müharibəsində hərbçilərimizin döyüş şücaətindən, o cümlədən arxa cəbhədə informasiya savaşında gənclərin rolundan qürurla danışdılar.
Tədbirin keçirilməsində məqsəd şanlı zəfərimizin əldə olunmasında qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək və gənc nəslə vətənpərvərlik hislərini aşılamaqdır.