Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

26 sentyabr 2022 | 11:15
   26.09.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü” ilə əlaqədar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında ağacəkmə aksiyası keçirildi.
   Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, YAP Sabunçu rayon təşkilatı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 50-dən çox ağac əkildi.

Keçidlər