Sabunçu rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açıldı
27 sentyabr 2023 | 15:37
27.09.2023-cü il tarixdə “27 sentyabr - Anım Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Şah dərgahı” mərasim evində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açıldı.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri iştirak edirdilər.
Mərasimdə Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin imamı Əmirxan Tahirov tərəfindən şəhidlərin əziz ruhuna dualar oxundu.