Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “27 sentyabr- Anım Günü” münasibətilə şəhidlərin məzarları ziyarət edildi

27 sentyabr 2024 | 12:18
   27.09.2024-cü il tarixdə “27 sentyabr - Anım günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinin iştirakı ilə rayonun qəsəbələrində şəhidlərin məzarları ziyarət edildi, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
 
Keçidlər