Sabunçu rayonunda “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümü münasibətilə şəhidlərin məzarları ziyarət edilib
27 sentyabr 2026 | 14:32
27.09.2026-cı il tarixdə “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümü ilə əlaqədar Sabunçu rayonunun qəsəbələrində şəhidlərin məzarları ziyarət edilib. Ziyarətlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak ediblər. Ziyarət zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

















