Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” ilə əlaqədar dəyirmi masa keçirildi

01 avqust 2022 | 14:46
   01.08.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə “30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” ilə əlaqədar YAP Sabunçu rayon təşkilatının inzibati binasında dəyirmi masa təşkil edildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova, rayonun təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və YAP Sabunçu rayon təşkilatının gənc fəalları iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir. Qeyd olundu ki, qanunvericiliyə əsasən məcburi əmək, cinsi istismar,  köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası,  şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi insan alveri halları hesab edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini vurğulayan R.Fərəcova insan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsinin insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edildiyini diqqətə çatdırdı.
   Çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov və Agentliyin tabeliyində olan İnsan  Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova insan alverindən zərər çəkmiş şəxslərə Agentlik tərəfindən göstərilən sosial xidmətlər, Agentliyin tabeliyindəki mərkəzin - İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti haqqında məlumat verdilər. Qeyd edildi ki, sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti ilə xidmət göstərən Mərkəz ötən dövrdə 326 şəxsin sosial reabilitasiyası işlərini aparıb. Onlardan 203 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirilən insan alveri qurbanları, 123 nəfər müvafiq dövlət qurumları, qeyri-hökümət təşkilatları tərəfindən istiqamətləndirilən potensial insan alveri qurbanları olub.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova İnsan alverinə qarşı mübarizədə atılan addımlar,  qeyri-hökümət təşkilatlarının  bu sahədəki fəaliyyəti, insan alverindən zərər çəkmiş şəxslərin reabilitasiyası üzrə həyata keçirilən layihələrdən söz açdı.
   Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək bildirdi ki, dünyəvi, dеmоkrаtik, hüquqi dövlət quruculuğu yоlunu sеçmiş, insаn və vətəndаş hüquq və аzаdlıqlаrının təmin еdilməsini dövlət siyаsətinin priоritеt istiqаməti еlаn еtmiş ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir.
   Tədbir insan alverinə qarşı mübarizə sahəsində görülən işlər və bu istiqamətdə əldə olunan nəticələrə dair müzakirələrlə davam etdi.
Keçidlər