Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi

06 oktyabr 2025 | 18:44
06.10.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayonun təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yeni tədris ilinin başlanması və “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək bildirdi ki, bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.  A.Vəliyev vurğuladı ki, təhsil sahəsinin inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyev siyasətinin prioritet istiqamətlərdən biri olmuşdur. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə etmişdir. Qeyd olundu ki, xalqın parlaq gələcəyinə hesablanan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən təhsil işçiləri bildirdilər ki, Azərbaycanda yeni gənc nəslin sağlam yetişməsi və vətənpərvər ruhda tərbiyə olunmasında təhsilin, xüsusilə məktəbin əhəmiyyəti çox böyükdür və bütün bu uğurlar Prezident cənab İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasətin bariz sübutudur.
Sonda 2024-2025-ci tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə təltif olundular.
Keçidlər