Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə “Ey Vətən!” adlı konsert proqramı təşkil edildi

04 noyabr 2022 | 18:02
   04.11.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Bakı Gənclər Mərkəzində “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Ey Vətən!” adlı konsert proqramı təşkil edildi.
  İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, YAP Sabunçu rayon Təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını “8 noyabr – Zəfər Günü” münasibətilə təbrik edərək bildirdi ki, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı və  44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atdı. A.Vəliyev vurğuladı ki,  Azərbaycan xalqı öz lideri-Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, qətiyyətini, mətinliyini, mübarizliyini və ən əsası birliyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı, şərəfli, parlaq səhifəsi və Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
   Sonra tədbir Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin ifasında möhtəşəm konsert proqramı ilə davam etdi.
Keçidlər