Sabunçu rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə veloyürüş keçirildi
06 noyabr 2026 | 11:59
06.11.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Sabunçu Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə rayonun Balaxanı qəsəbəsində “8 noyabr – Zəfər Günü” münasibətilə veloyürüş keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov və müavin Rəna Vəliyeva, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Əli Məmmədov, Sabunçu Rayon Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısının Balaxanı QİƏD üzrə nümayəndəliyi, Balaxanı qəsəbə bələdiyyə sədri, Sabunçu Rayon Gənclər və İdman sektorunun məsul əməkdaşları və rayon sakinləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rəsmilərin çıxışlarından sonra Balaxanı qəsəbəsi daxilində möhtəşəm veloyürüşə start verildi.
Tədbirin təşkilində əsas məqsəd gənclərin vətənpərvər ruhda yetişməsi, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və velosiped idmanına marağın artırılmasıdır.
Tədbirin sonunda gənc idmançılar Sabunçu Rayon Gənclər və İdman sektoru tərəfindən sertifikatlarla təltif olundular.

















