Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

07 noyabr 2026 | 13:41
07.11.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Ülvi” şadlıq sarayında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri Fazil Mustafa, Azər Allahverənov, Arzuxan Əlizadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, QHT-lərin rayon təşkilatlarının üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.
Tədbirdə ilk olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətimizin gücünün təcəssümü olmasından bəhs etmişdir. O, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti xüsusi vurğulamış, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
Sonra isə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək Zəfər Gününün xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etmiş, Vətən müharibəsində əldə olunan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından və qazilərimizin fədakarlığından danışmışdır.
Tədbir bədii hissə ilə davam etmiş, vətənpərvərlik mövzusunda musiqi və ifalar səsləndirilmişdir.
Keçidlər