Sabunçu rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Zəfər təntənəsi” adlı bayram tədbiri keçirildi
06 noyabr 2025 | 12:05
06.11.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin “Buta” İnstrumental Ansanblının iştirakı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Zəfər təntənəsi” adlı bayram tədbiri keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakmiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, QHT-lərin rayon təşkilatlarının üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin “Buta” İnstrumental Ansanblının ifasında möhtəşəm konsert proqramı ilə davam etmişdir.














