Sabunçu rayonunda “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
04 noyabr 2025 | 14:31
04 noyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü münasibətilə Sabunçu qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin rəhbər heyəti və əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra iştirakçılar ağaclar əkib, onların küləkdən qorunması məqsədilə qoruyucu dirəklər basdırıb, həmçinin suvarılmasını təmin ediblər.
Tədbir çərçivəsində ümumilikdə 100-dən çox ağac əkilmişdir.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi və yaşıllığın qorunması istiqamətində müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.














