Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

16 mart 2026 | 17:43
Sabunçu rayonu ərazisində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ətraf mühitin yaxşılaşdırılması, ərazilərin estetik görünüşünün artırılması və sakinlərin rahatlığının təmin edilməsi məqsədilə abadlıq-quruculuq və yaşıllaşdırma tədbirləri ardıcıl olaraq davam etdirilir.
Həyata keçirilən işlər çərçivəsində rayonun Bakıxanov qəsəbəsində bir sıra abadlıq tədbirləri görülmüşdür. Qəsəbə ərazisində yaşıllaşdırma işləri aparılmış, yeni qazon örtüyü salınmışdır. Ərazilərin daha səliqəli və nizamlı saxlanılması məqsədilə qazon sahələrinin ətrafında kiçik məhəccərlər quraşdırılmışdır.
Eyni zamanda ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və estetik görünüşünün zənginləşdirilməsi məqsədilə dekorativ ağaclar və müxtəlif növ kollar əkilmiş, yaşıllıq sahələri genişləndirilmişdir.
Görülən abadlıq-quruculuq işləri qəsəbə ərazisinin daha baxımlı və səliqəli görünməsinə xidmət etməklə yanaşı, sakinlər üçün daha rahat və sağlam mühitin formalaşdırılmasına töhfə verir.
Sabunçu rayonu ərazisində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər