Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ağayev Vahid Məcnun oğlu və İsmayılov Veys Əflatun oğlunun ildönümü mərasimləri keçirildi

17 noyabr 2022 | 17:17

   17 noyabr 2022-ci ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Ağayev Vahid Məcnun oğlu və İsmayılov Veys Əflatun oğlunun ildönümü mərasimləri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.

   Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 №-li tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

   Veys İsmayılov 23 fevral 1996-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 7 yaşı olanda ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçmüşdür. Vətən müharibəsi zamanı könüllü olaraq xidmətə yazılmış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər