Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda anım günü ərəfəsində şəhid ailələrinə ziyarətlər davam etdirilir

26 sentyabr 2023 | 19:31
26.09.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu RİH başçısı aparatının şöbə müdirləri və Zabrat QİƏD üzrə nümayəndəsi Vətən müharibəsində şəhid olmuş Sabunçu rayon şəhidi Şəbiyev Məhəmməd Vaqif oğlunun ailəsini ziyarət ediblər. 
Görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra isə şəhidin fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşəsinə baxış keçirilib, onun döyüş yolu xatırlanıb.
Vətən müharibəsində Qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, şəhidlərin qanı, canı bahasına əldə edildiyi vurğulanıb, şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu bildirilib.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər