Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda antiterror əməliyyatı şəhidi Ceyhun Niyaməddin oğlu Sadıqovun doğum günü münasibətilə anım mərasimi keçirildi.

26 avqust 2026 | 16:24
26 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda antiterror əməliyyatı şəhidi Sadıqov Ceyhun Niyaməddin oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova və şəhidin ailə üzvləri iştirak etmişdir.Sadıqov Ceyhun Niyaməddin  oğlu 2002-ci il avqust ayının 26-da İmişli rayonu, Şahverdilər kəndində anadan olmuşdur. Ceyhun Sadıqov orta təhsilini 4 saylı Yeni Balaxanı tam orta məktəbində almışdır. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə     3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 

 

Keçidlər