Sabunçu rayonunda “Antiterror” əməliyyatları Şəhidi Ceyhun Niyaməddin oğlu Sadıqovun ildönümü münasibətilə anım mərasimi keçirildi
20 sentyabr 2026 | 15:18
20 Sentyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Antiterror əməliyyatları şəhidi Sadıqov Ceyhun Niyaməddin oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər iştirak etmişdir.
Sadıqov Ceyhun Niyaməddin oğlu 2002-ci il avqust ayının 26-da İmişli rayonu Şahverdilər kəndində anadan olmuşdur. Ceyhun Sadıqov orta təhsilini 4 saylı Yeni Balaxanı tam orta məktəbində almışdır. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal xarakterli antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Sadıqov Ceyhun Niyaməddin oğlu Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

















