Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Aprel döyüşləri”nin onuncu ildönümü münasibətilə şəhidlərin məzarları ziyarət edildi

06 aprel 2026 | 18:40
06.04.2026-cı il tarixdə Sabunçu rayonunda Aprel döyüşlərinin onuncu ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları və Bakıxanov bələdiyyəsinin əməkdaşları Bakıxanov Şəhidlər xiyabanını ziyarət etmişlər.
Ziyarət zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları üzərinə gül dəstələri düzülmüşdür. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.
 
Keçidlər