Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycanın dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Könül mülkünün sultanı-Füzuli” adlı ədəbi-bədii gecə keçirildi

27 aprel 2024 | 17:34
27.04.2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə məktəbdə Azərbaycanın dahi şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Könül mülkünün sultanı-Füzuli” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, valideynlər iştirak edirdilər.
Məktəbin istedadlı şagird və müəllimlərinin ifasında Məhəmməd Füzulinin qəzəllərinə bəstələnmiş muğam və təsniflər səsləndirildi, “Leyli və Məcnun” operasından səhnələr nümayiş etdirildi və dahi şairin həyat və yaradıcılığı barədə geniş məlumat verildi.
Sonda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva bildirdi ki, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, yaxın və orta Şərq ədəbiyyatına mühim təsir göstərən qüdrətli söz sənətkarı Məhəmməd Füzuli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək zirvəyə ucaltmışdır. Qeyd olundu ki, dahi şairin yaradıcılığına böyük hörmət və ehtiramın təzahürü olaraq ölkə Prezidenti cənab İlham Əliyev cari ilin yanvar ayının 25-də Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. R.Vəliyeva vurğuladı ki, sərəcamın icrası ilə bağlı Sabunçu rayonunda silsilə tədbirlər keçirilir ki, bu da gənclərə milli dəyərlərin aşılanması, ədəbiyyatımızın təbliğ edilməsi və öyrədilməsi istiqamətində mühim əhəmiyyət kəsb edir.
Keçidlər