Sabunçu rayonunda “Bir damla QAN bir HƏYAT deməkdir” devizli könüllü qanvermə aksiyası keçirildi
17 dekabr 2024 | 17:02
Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə 17.12.2024-cü il tarixdə Bakı Gənclər Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirildi.
“Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 600 nəfərdən çox insan könüllü iştirak etdi.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.