Sabunçu rayonunda “Bir damla QAN bir HƏYAT deməkdir” şüarı altında könüllü qanvermə aksiyası keçirildi.
08 iyun 2023 | 10:13
Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”, Bakıxanov bələdiyyəsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə 08.06.2023-cü il tarixdə Sabunçu Gənclər Evində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirildi.
“Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 700 nəfərdən çox insan könüllü iştirak etdi.
“Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 700 nəfərdən çox insan könüllü iştirak etdi.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.