Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Biz Heydər Əliyev gəncləriyik” adlı tədbir keçirildi

16 may 2026 | 14:59
16.05.2026-cı il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Biz Heydər Əliyev gəncləriyik” adlı tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Səfərov, Sabunçu Rayon Ağsaqqallar Şurasının Maştağa qəsəbəsi üzrə sədri Ağanəcəf Qədirov, I Qarabağ müharibəsi iştirakçıları Mustafa Mustafayev və Fərəmərz Rəhimov, Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Səxavət Abdullayev, məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Səfərov, 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanmasının, milli-mənəvi dəyərlərin təbliğinin və gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etdilər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, onun ilk dəfə hakimiyyətdə olduğu dövrdə ölkənin sosial-iqtisadi, sənaye və aqrar sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs olundu, müstəqillik əldə etmiş dövlətimizin ağır təhlükələrdən, xalqımızın vətəndaş müharibəsindən və ölkənin parçalanması təhlükəsindən necə xilas edildiyi diqqətə çatdırıldı. Həmçinin müasir Azərbaycanın banisi kimi həyata keçirdiyi daxili və xarici siyasət barədə ətraflı məlumat verildi.
Natiqlər Ulu Öndərin ikinci dəfə hakimiyyətdə olduğu dövrdə dövlətimizin qüdrətli dövlətə çevrilməsi, xalqın sosial rifahının yaxşılaşdırılması və ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan, mühüm layihələrdən, fərman və sərəncamlardan danışdılar, onun siyasəti nəticəsində Azərbaycan gənclərinin vətənpərvər ruhda formalaşmasının əhəmiyyətini xüsusi vurğuladılar.
Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu və səhnəciklər nümayiş etdirildi.
Keçidlər