Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Cahangir Cahangirov adına Xorun iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edildi

07 may 2024 | 18:18
   07.05.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin (BMM) tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkil­atının sədri Araz Xu­dadanov,​ rayonun hüquq-mühafizə orqanlarının rəhbər­ləri, Rayon İcra Hak­imiyyəti başçısının müavinləri, Rayon İc­ra Hakimiyyəti başçı­sı aparatının məsul əməkdaşları,​ Rayon İcra Hakimiyyə­ti başçısının qəsəbə inzibati ərazi dair­ələri üzrə nümayəndə­ləri, bələdiyyə sədr­ləri, Vətən müharibə­si iştirakçıları, qa­zilər, şəhid ailələr­i, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədə­niyyət, idman, gəncl­ər və sosial xidmət müəssisələrinin nüma­yəndələri, qeyri-hök­umət təşkilatları və rayon ictimaiyyətin­in digər nümayəndələ­ri iştirak edirdilər.
   İlk olaraq tədbir iş­tirakçıları Ümummilli lider Heydər Əliye­vin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehti­ramla yad etdilər. Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
   Konsert proqramı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə başlayıb dahi bəstəkarın “Ey, Vətən” əsəri ilə yekunlaşdı. Ü.Hacıbəyli, C.Cahangirov və R.Mustafayevin bədii rəhbərliyi dövründə ifa edilən əsərləri özündə cəm edən proqramda, həmçinin müasir dövrün yeni işləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndirildi.
   Xorun bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifovadır.
Keçidlər