Sabunçu rayonunda "Zəfər anı" layihəsi keçirildi.
07 noyabr 2022 | 18:46
07.11.2022-ci il tarixdə Bakı Gənclər Mərkəzi və "EMEDDİA GROUP" Media Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 44 günlük şanlı Vətən müharibəsində əldə olunmuş böyük zəfərin ikinci ildönümünə həsr olunmuş "Zəfər anı" layihəsi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Jalə Əhmədova, Aydın Hüseynov, Ceyhun Məmmədov, Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmisi Ramil Cabbarov, şəhid ailələri, qazilər, mədəni-ictimai xadimlər və media nümayəndələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Peşəkar rəssamların əsərləri və heykəltaraşların əl işlərindən ibarət "ZƏFƏR" mövzusunda rəsm sərgisinin nümayişindən sonra tədbir "Yarımçıq qalmış" teatr tamaşası ilə davam etdi.
Mükafatlandırma mərasimində Vətən müharibəsi iştirakçılarına "Dəmir Yumruq" Milli Mükafatı təqdim olundu.
Tədbirdə "Asiman" rəqs ansamblının ifasında milli rəqslər, tanınmış incəsənət nümayəndələrinin təqdimatında böyük zəfərə həsr olunan mahnılar səsləndirildi.
Sonda xatirə şəkli çəkildi.