Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş "Çırpınırdı Qara dəniz" adlı tədbir keçirildi

28 oktyabr 2022 | 16:45
   28.10.2022-ci il tarixdə Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin akt zalında Azərbaycanın istiqlal şairi, hurriyyət carçısı Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş "Çırpınırdı Qara dəniz" adlı tədbir keçirildi.
   Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, yazıçı, dramaturq, şair, publisist, Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, jurnalist, yazıçı, AzEdu.az saytının baş redaktoru, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Təhsil Jurnalistləri Birliyinin həmtəsisçisi Elmin Nuri, məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak edirdilər.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
  Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Mehriban Hacıyeva  Əhməd Cavad yaradıcılığının işığına toplaşan tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və vurğuladı ki, Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əhməd Cavad ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəstxəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir”.
   Tədbirdə iştirak edən qonaqlar çıxış edərək istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığından söz açdılar.
   Tədbirin rəsmi hissəsi bitdikdən sonra şagirdlərin ifasında Əhməd Cavadın şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirildi, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi.
 
Keçidlər