Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə görüşlər davam etdirilir

27 aprel 2022 | 14:44
26.04.2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində Sabunçu rayonunun Balaxanı, Kürdəxanı və Zabrat qəsəbələrinin məktəblərində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, psixoloq Səidə Əhmədova, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, bələdiyyələrin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların sədrləri, qəsəbələrdə yerləşən təhsil müəssisələrinin rəhbərləri və valideynlər iştirak edirdilər.
Mövcud problemlərin müzakirəsi istiqamətində keçən görüşdə erkən nikah və təhsildən yayınma hallarının qız uşaqlarının həyatında yaratdığı fəsadlar, sosial və digər məişət problemlərinin təhsilə maneə törətməməsi və bütün aidiyyəti qurumların qeyd edilən istiqamətdə birgə fəaliyyət göstərməsinin səmərəliliyinin əhəmiyyətindən bəhs edildi.
Görüş iştirakçılarına erkən nikah və uşaq hüquqları ilə bağlı maarifləndirmə vəsaitləri paylanıldı.
Keçidlər