Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə icma səviyyəsində görüşlər davam etdirilir.

12 aprel 2022 | 17:47
12.04.2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran və Bilgəh qəsəbələrində erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə icma səviyyəsində görüşlər keçirildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası“ndan irəli gələn öhdəliklərin icrasına dair həyata keçirilən tədbirlərin davamı olaraq, eləcə də Qaydanın icrasının səmərəliliyinin artırılması, aidiyyəti qurumların birgə fəaliyyətinin uğurlu formada təşkili məqsədilə həyata keçirilən görüşlərdə əhali arasında mövcud problemlər dinlənildi, fikir mübadiləsi aparıldı və qaldırılan məsələlərin həlli üzrə aidiyyəti qurumların nümayəndələri ilə müzakirələr təşkil olundu.
Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, AQUPDK-nın Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, psixoloq Səidə Əhmədova, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, Nardaran qəsəbəsi “Rəhimə Xanım ziyarətgah” məscidi Dini İcmanın sədri və imamı Hacı Musa Qasımov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Nardaran və Bilgəh inzibati ərazi dairələri üzrə qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, qəsəbələrdə fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və valideynlər iştirak edirdilər. Görüş iştirakçılarına erkən nikah və uşaq hüquqları ilə bağlı maarifləndirmə vəsaitləri paylanıldı.
Görüşlərin Sabunçu rayonunun digər qəsəbələrində də davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər