Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev İli” çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda intellektual yarışın final mərhələsi keçirildi

30 mart 2023 | 18:13

“Heydər Əliyev İli” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri üzrə 1 may 2023-cü il tarixdə keçiriləcək intellektual yarışda Sabunçu rayonunu təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədilə 30.03.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda breyn-rinq müsabiqəsinin final yarışı keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatı və Sabunçu rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, müəllim və şagird heyəti iştirak edirdilər.

Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev iştirakçılara uğurlar arzulayaraq bildirdilər ki, “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən layihə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin gənclər tərəfindən daha dərindən öyrənilməsi və gənclərin intellektual inkişafına xidmət etmək məqsədi daşıyır.

Final mərhələsində iştirak edən 28, 67, 90,108, 307 və 310 nömrəli tam orta məktəblərin komandaları arasında keçirilən intellektual yarışda 310 nömrəli tam orta məktəbin komandası yüksək nəticə göstərərək Bakı şəhəri üzrə keçiriləcək yekun mərhələdə Sabunçu rayonunu təmsil etmək hüququ qazandı.

Keçidlər