Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev İli” çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda intellektual yarış keçirilir

09 mart 2023 | 13:22
   “Heydər Əliyev İli” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 5 may 2023-cü il tarixdə keçiriləcək intellektual yarışda Sabunçu rayonunu təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədilə 09.03.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda breyn-rinq müsabiqəsinin zona (Maştağa) yarışı keçirildi. Zona yarışında 293, 113, 128, 209, 295, 108, 69, 22, 130, 187, 112 və 28  nömrəli tam orta məktəblərin komandaları iştirak edirdilər.
   Zona yarışında 28 və 108 nömrəli tam orta məktəblərin komandaları yüksək nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazandılar.
  Qeyd edək ki, 13.03.2023-cü il tarixdə Sabunçu zona (68, 307, 170, 81, 259, 137, 4, 311, 155, 67, 75 və 296 nömrəli tam orta məktəblər) üzrə yarışın keçirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər