Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi

12 oktyabr 2023 | 18:43
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində 12.10.2023-cü il tarixdə YAP Sabunçu rayon təşkilatı tərəfindən Bakı Gənclər Mərkəzində tədbir keçirildi.
İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov konfransın gündəliyinə uyğun olaraq geniş məruzə ilə çıxış etdi.  O, bildirdi ki, hər bir xalq məhz öz liderinin ətrafında sıx birləşərək milli dövlətçilik ideyasını reallaşdırmağa çalışır. Heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyi haqqında danışarkən ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü də məhz onda idi ki, o, bütün fəaliyyəti boyu dövlət quruculuğunun bütün sahələrinə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual səviyyəsi yüksək təbəqənin yetişməsinə və formalaşmasına çalışmışdır. Müstəqilliyimizin keçdiyi şərəfli yolun son 20 ili məhz Ulu Öndərin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövrünə təsadüf edir. 100-cü ildönümünü böyük sevgi, rəğbət və minnətdarlıqla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevə ümumxalq sevgisi bizə deməyə əsas verir ki, təkcə bu ilimiz deyil, elə əsrimiz də Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev əsridir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək qeyd etdi ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq Ulu öndər Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır. Vurğulandı ki, bugün bu uzaqgörən siyasət onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək bildirdi ki, bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük hörmət və ehtiramla, onun Vətənimiz üçün gördüyü möhtəşəm və çoxsaylı işləri, əvəzolunmaz xidmətləri xatırlamaqla qeyd edir. Milli maraqları və vətənə xidməti hər şeydən üstün tutaraq müstəqil Azərbaycanı qurub-yaradan Ümummilli Liderimiz Heydər Əliyev milli dövlətçiliyimizin inkişafı, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunma missiyasını ömrünün sonunadək şərəflə davam etdirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü əhatə edir. Bu gün xalqımız əmindir ki, müasir müstəqil Azərbaycan bundan sonra da Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirdi ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 2022-ci il 29 sentyabr tarixli Sərəncamı çox mühüm təqdirəlayiq siyasi qərar olmaqla yanaşı, xalqımızın və dövlətimizin Ulu Öndər Heydər Əliyevə verdiyi yüksək qiymətin göstəricisidir.
Çıxış edən Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov vurğuladı ki,  Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyev ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd etdi ki, Ümummilli Liderin qurub-yaratdıqları, müdrik ideyaları bütün dövrlər üçün daimidir, aktualdır. Heydər Əliyev irsi yüz illər boyu Azərbaycan xalqına yol göstərəcək, ölkəmizin davamlı inkişafına möhtəşəm töhfəsini verəcəkdir.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan, xalqımız qarşısında unudulmaz möhtəşəm tarixi fəaliyyətindən və siyasi irsindən söz açdılar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edildi.
 
Keçidlər