Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirildi

17 aprel 2024 | 18:35
17.04.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov və Baş katibi Aysel Tahirova, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, rayonun təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının sədrləri və “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin üzvləri iştirak edirdilər.
Sərgi iştirakçıları tərəfindən Bakı Gənclər Mərkəzində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirildi.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən söz açaraq bu kimi layihələrin Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və miras qoyduğu zəngin irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını vurğuladı.
“Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov layihənin məqsədi barədə ətraflı məlumat verərək “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin paytaxtın bir sıra rayonlarında, regionlarda və ali təhsil müəssisələrində həyata keçirildiyini bildirdi.
Qeyd edək ki, xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.
Keçidlər