Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

04 avqust 2023 | 16:01
04.08.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova açılış nitqiylə çıxış edərək bildirdi ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli liderin  keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltmişdir. Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olunmuşdur. Qeyd olundu ki, Ulu öndər Azərbaycan dilinə qədim tarixi, zəngin mədəniyyəti olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Məhz 1970-ci ildə BDU-nun 50 illik yubileyində Ulu öndərin Azərbaycan dilində çıxışı  ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynamışdır. 
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev çıxış edərək vurğuladılar ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdi.
Keçidlər