Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirildi

18 mart 2022 | 16:15
18.03.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Qüdrətli Azərbaycan”  mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəsi, Balaxanı bələdiyyə sədri, qəsəbədə fəaliyyət göstərən 4, 69 və 259 saylı tam orta məktəblərin direktor, müəllim və şagird heyəti, müəssisə rəhbərləri, qəsəbə ağsaqqalları və ziyalılar iştirak edirdilər.
Tədbirdə qonaqlar Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən ətraflı söz açdılar, müasir Azərbaycanın banisinin ölkəmizin müstəqil inkişafı və xalq üçün göstərdiyi fədəkarlıqlar barədə geniş və ətraflı nitqlə çıxış etdilər.
Tədbirin bədii hissəsində məktəblilərin ifasında Ulu öndərə həsr olunan şeirlər və mahnılar səsləndirildi.
Keçidlər