Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "Heydər Əliyev və yaradıcı gənclik" mövzusunda dəyirmi masa keçirildi

17 aprel 2026 | 07:59
17.04.2026-cı il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Sabunçu qəsəbəsi, 311 nömrəli tam orta məktəbdə "Heydər Əliyev və yaradıcı gənclik" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Sabunçu qəsəbəsi, 311 nömrəli tam orta məktəbin direktoru Şəlalə Mütəllimova, məktəbin müəllim və şagird heyəti iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə Ümummilli lider Heydər Əliyevin dövlətçilik, milli məfkurə, azərbaycançılıq ideologiyasının formalaşdırılmasında rolu, vətənə, xalqa sevgisi, gənclərə münasibəti, ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verildi və şagirdlər arasında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid intellektual yarış keçirildi.
Çıxış edən natiqlər vurğuladılar ki, məktəblərdə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, onun ideologiyasının inkişaf etdirilməsi, gənc nəslin vətənpərvər və sağlam ruhda tərbiyə olunması qarşıya qoyulan prioritet istiqamətlərdən biridir.
Tədbirin sonunda təhsil, idman və mədəniyyət sahələrində yüksək nəticələr əldə etmiş şagirdlər diplomlarla təltif olundular.
 
 
 
 
 
Keçidlər