Sabunçu rayonunda "İdman hamı üçün" layihəsi çərçivəsində "İdman Festivalı" keçirildi
30 iyul 2022 | 15:55
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 29.07.2022-ci il tarixdə Sabunçu rayonu, Böyükşor parkının ərazisində paytaxt sakinləri arasında "İdman Festivalı" keçirildi.
Festivalda musiqi sədaları altında taekvondo, karate, kapoeyra və s. idman növlərindən nümunəvi çıxışlar və atletika, kəndirdartma, tir atıcılığı, darts üzrə yarışlar təşkil olundu.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov və Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev iştirak edərək müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim etdilər.
İdman festivali paytaxt sakinlərinin böyük marağına səbəb oldu.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.